“Əfqanıstanda inklüziv bir hökumətin qurulmasında vasitəçilik etmək üçün BMT-nin gücü məhduddur və bu qurum həmin ölkədəki problemi həll etməkdə acizdir.”
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Qutereş deyib.
O, bildirib ki, BMT-nin Əfqanıstandakı problemi həll edə biləcəyini düşünmək illüziyadır. “BMT-nin Əfqanıstanda Taliban tərəfindən inklüziv bir hökumətin qurulması üçün vasitəçilik etmək imkanı məhduddur.”
A.Qutereş ABŞ-ın Əfqanıstanda 1 trilyon dollar xərclədiyinə diqət çəkərək qeyd edib ki, ABŞ bu qədər pul ilə Əfqanıstandakı problemlərin həllində aciz qaldığı halda BMT-nin pulsuz və gücsüz on illərdən bəri yığılıb qalmış problemləri həll edə biləcəyini düşünmək illüziyadır.
A.Qutereş qeyd edib ki, BMT bacardığı qədər humanitar böhranla üzləşən Əfqanıstana yardım edəcək. Bu yardımların içərisində Talibanla əməkdaşlıq da var.
Talibanın Əfqanıstanda yeni hökumətin təşkilində BMT-nin rolunu qəbul etməyəcəyini deyən A.Qutereş onu da əlavə edib ki, möcüzə olacağını gözləmir.