Əlcəzairdə 500 fransa şirkəti baykot olundu

Əlcəzairdə yerli şirkətlər 500 Fransız şirkətin məhsullarının idxalını boykot etdi. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, “Əlcəzair Podratçılar Birliyi”  bəyanat yayaraq bildirib ki, bu addım Fransa Prezidenti Emmanuel Makronun Əlcəzair tarixini təhqir etdiyi üçün atılıb. 
 
Birlik öz bəyanatında Əlcəzair şirkətlərinə Fransanın 500 şirkətini baykot etdikləri üçün  onlara təşəkkür edib. 
 
“Əlcəzair Podratçılar Birliyi”  Fransa prezidentinin açıqlamasını pisləyib və  Fransa hökuməti ilə iqtisadi əlaqələrə yenidən baxılmasını istəyib.
 
 Qeyd edək ki, “Əlcəzair Podratçılar Birliyi”ndə 2000 –dən çox şirkət üzvdir.