Abşeronda partlayış olub, bir nəfər xəsarət alıb - YENİLƏNİB

Abşeronda sexdə partlayışda bir nəfər xəsarət alıb.
 
TƏBİB-dən APA-ya bildirilib ki, hadisə nəticəsində xəsarət alan 36 yaşlı Fərrux İbrahimov təcili tibbi yardımla Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
 
Vəziyyəti stabildir.
 
***
 
17.37
 
Abşeronda sexdə partlayış olub.
 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, partlayış Abşeron rayonu, Novxanı yolunda, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir-beton konstruksiyaların emalı sexində baş verib. Partlayış yanğınla müşahidə olunub.
 
Hadisə yerinə cəlb olunan FHN-in Yanğından Mühafizə Bölmələrinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb, yanğın söndürülüb.
 
İlkin məlumata görə, xəsarət alanlar var.