Çin ABŞ-ın Tayvana silah satışına qarşı tədbir görəcək - YENİLƏNİB

14:20
 
Çin hökuməti ABŞ-ın Tayvana nəzərdə tutduğu 750 milyon dollar məbləğində silah və hərbi texnika satışı ilə bağlı cavab tədbirləri görəcək.
 
“Report” TASS-a istinadən xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında ABŞ-ın bu addımı onların “daxili işlərinə kobud müdaxilə” olaraq dəyərləndirib.
 
Belə ki, ABŞ Dövlət Departamenti ötən gün Tayvana 40 ədəd yeriyən hava topu və onlar üçün sursat satışını təsdiqlədikləri barədə Konqresə bildiriş göndərib. Bununla bağlı rəsmi Pekin Vaşinqtona qəti etirazını bildirib.
 
***
ABŞ Prezidenti Co Bayden Tayvana 750 milyon dollar məbləğində ilk silah satışını təsdiqləyib.
 
Maide.Az "Axar.az"a istinadla  xəbər verir ki, ABŞ Dövlət Departamenti Tayvana silah satışı barədə Konqresi məlumatlandırıb.
 
Bildirilib ki, silah müqaviləsinə görə, ABŞ Tayvana 40 yeni M109 haubitsası satacaq.