ABŞ və Səudiyyə Suriyayla bağlı 4 zona anlaşmasina münasibət bildirib

Səudiyyə Ərəbistanının XİN başçısı Adil əl-Cübeyr Ər-Riyadın Suriyada "təhlükəsizlik zonalarının" yaradılmasını dəstəklədiyini bildirib.
 
Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı Astanadakı görüşdə qəbul olunmuş bu plan barədə gələcək detalları gözləyir.
 
ABŞ isə hesab edir ki, indi Suriyada işləyən atəşkəs yoxdur. Bunu  jurnalistlərə açıqlamasında ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi deyib: "İndi Suriyada atəşkəsin işinə tabe olan yoxdur". O, bütün tərəflərin bu problemə yeni yanaşmanın vaxtının çatdığını etiraf etməsinin lazımlığını bildirib.
 
Qeyd edək ki, cümə axşamı Astanada Suriya münaqişəsinin nizamlanması üzrə danışıqların iştirakçıları Suriyada dörd təhlükəsizlik zonasının yaradılması haqqında memorandum qəbul ediblər. Bu sənədə imza təminatçı ölkələr olan Rusiya, İran və Türkiyənin nümayəndələri tərəfindən atılıb. (islaminsesi) /