`ABŞ və sionist rejiminə kömək edən ölkələr İslam ümmətinə xəyanət edirlər` - FOTO/YENİLƏNİB

-- Ayətullah Xamenei: İslam ölkələri sionist rejim ətrafında təhlükəsizlik kəmərinin yaranmasına imkan verməməlidir

(Ayətullah Xameneinin çıxışı əlavə olunub) 
 
Ali Rəhbər Ayətullah Seyid Əli Xameni bu gün  Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament Assambleyasının 13-cü konfransı iştirakçıları ilə görüşüb. 
 
Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki, Ayətullah Xamenei çıxış edərək bildirib ki, İslam dünyası  əsas məsələlərdə mövqeyini  aydın şəkildə və uca səslə ortaya qoymalıdır.  “Fələstin və  İslam dünyasının birliyi iki əsas məsələdir.  Həmçinin elmi inkişaf üçün çalışmaq bu qəbildəndir. İran İslam Respublikasının təcrübəsi göstərdi ki,  çalışmaq və gəncələrə arxalanmaqla  elmi təcrübələri inkişaf etdirmək və sərhədləri aşmaq mümkündür.”
 
Ayətullah Xamenei  bildirib ki,  İslami ölkələr və dövlətlərin  dünyada baş verən önəmli dəyişikliklər qarşısında  tarixi və dini öhdəlikləri var. “İslam dünyası bu gün  əsas və önəmli  məsələlərdə  rol oynamalı,  ötən onlliklərin acı  təcrübəsinin, hegemonların sültəsi və onun təsirinin təkrarlanmasına icazə verməməlidir.”
 
Ali Rəhbər qeyd edib ki, Parlament Assambleyasının 13-cü konfransında Kəşmir və Myanma müsəlmanlarının problemləri kimi mühüm məsələlərə toxunulsa da, lakin bəzi məsələlər kənarda qalıb.  “Yəmən və Bəhreyn problemi ən önəmli  məsələlərdəndir ki, çox ağır, dərin yaradır və həll olunmalıdır.  İslam dünyasında qardaşlarıma tövsiyəm budur ki, önəmli məsələlərdə açıq fikir söylərək xalqın təfəkkürünə təsir etməklə hərəkət yaratsınlar.  Sizi  görməməzlikdən gəlməyə qoymayın. Düşmənin sizə qarşı istifadə etdiyi susmaq hiyləsi ilə islam aləminin əsas və önəmli problemlərinin kölgədə qalmasına icazə verməyin.  Sionistlərin əlində olan  qərbin  təhlükəli və vahiməli təbliğat imperatorluğunun bu məsələlərə biganə yanaşmasına icazə vermək olmaz. Fələstin bizim ən önəmli məsələmizdir ki,  ümumiyyətlə buna biganə yanaşılır.”
 
Ayətullah Xamenei  Qüds məsələsinə də toxunub. “İnanıram ki, sionist rejimi ilə mübarizə öz səmərəsini verəcək, necə ki,  bu gün müqavimət irəliləməkdədir.  Baxın bir vaxtlar bunlar (sionistlər)  Nil çayından Fərata kimi “dövlət” quracaqlarını iddia edirdilər. Lakin bu  gün sionistlər  əllərində olan işğal olunmuş ərazilərdə özlərini qorumaq üçün ətraflarına divar çəkirlər.  Fələstin bir xalqdır, bir ölkə və bir tarixdir. Fələstin Nəhrdən Bəhrə kimidir və Qüds şübhəsiz  onun paytaxtıdır. ABŞ  bu gün Qüdsə qarşı açıq- aşkar səhvlər edir. Lakin, heç bir nəticə əldə etməyəcək və etməyə də qadir deyil.  ABŞ və sionist rejiminə kömək edən ölkələr əslində xəyanət edirlər. Eynilə Səudiyyə Ərəbistanın  etdiyi kimi. Bu iş İslam aləmi və ümmətinə xəyanətdir.”
 
Ayətullah Xamenei  İslam ölkələrini müsəlman ölkələrində baş verən müharibələri dayandırmağa çağırıb.  “İslami vəhdət məsələsi çox önəmlidir.  İslam aləmində bizimlə açıq-aşkar düşmənçilik edənlərlə belə, qardaş kimi davranmağa hazırıq. Böyük əhalisi və geniş imkanları olan İslam dünyası birləşərək beynəlxalq aləmdə böyük  və təsiredici gücə malik ola bilər. Müsəlman ölkələrində baş verən müharibələr dayandırılmalıdır. Sionist rejim ətrafında təhlükəsizlik kəmərinin yaranmasına imkan verməməliyik. İslam düşmənlərinin bir məqsədi  var,  o da budur ki, sionist rejim təhlükəsizliyini təmin etmək üçün müsəlmanlar arasında çaxnaşma salıb, qan töksünlər. Buna mane olmalıyıq.”
 
Ayətullah Xamenei bildirib ki, İslam ölkələri üçün önəmli məsələlərdən biri də  budur ki, elmi inkişafa səy göstərməlidirlər.  “Qərb dünyası elmin sayəsində gücə və sərvətə sahib olub lakin, iman və ləyaqətləri olmadığı üçün bunu zülm etməyə sərf edirlər.  Biz xüsusən gənclərin elmdə irəliləməsi üçün səy göstərməliyik. Bu mümkün olan işdir. Bu gün İran elmin sayəsində inkişafın ən yüksək mərhələsindədir. Böhran vaxtı məhz elmin sayəsində sərhədləri aşa bildik, inkişaf etdik.  Lakin, keçmişdə çox geridə qalmışdıq. Bu gün gənclərimiz artıq tibbdə, nano texnologiya, kök hüceyrələri,  nüvə elmi və bir sıra başqa sahələrdə  çalışırlar, böyük nailiyyətlər əldə edirlər.”