“Azərbaycanla İran arasında ailə və qadın məsələləri üzrə əməkdaşlığa dair icra edici müqavilə (icra olunacaq proqram sənədi) hazırdır”.
Bunu İran İslam Respublikası prezidentinin qadın və ailə məsələləri üzrə müavini xanım Şahindoxt Mollaverdi deyib. O bildirib ki, hazırda sənədin imzalanması üçün əlverişli şərait gözləyirlər.
Ş. Molaverdi Azərbaycanla İran arasında bu sahədə əməkdaşlıq haqqında memorandumun mövcud olduğunu xatırladıb: “Memorandumun icrası ilə bağlı müqavilə imzalandıqdan sonra əməkdaşlıq geniş vüsət alacaq. Müqavilədə elmi heyətlərin, sahibkarların qarşılıqlı səfəri, iki ölkənin qadınlarının iştirakı ilə müştərək seminarların təşkili nəzərdə tutulub”. (apa) /