Ali lider: Ərbəin yürüşü “iman və eşqin” sintezi və İlahi ayindir

Kaş ki, Ərbəin zəvvarları ilə birlikdə olardıq

Ali Lider Ayətullah Xamenei bugün Fiqh mühazirəsi dərsində misilsiz, əzəmətli və dərin mənalı Ərbəin hərəkatını əbədi bir gözəl əməl adlandıraraq, bildirib: “İman və eşqin”, “ağıl və duyğunun” sintezi Əhli-beyt məktəbinin unikal xüsusiyyətlərindən biridir və bu misilsiz aksiyada dünyanın müxtələf yerlərindən insanların şövqlə və sədaqətlə iştirak etməsi əlbəttə ki, İlahi ayinlərdən biridir.
 
Maide.az xəbər verir ki, O, Ərbəin ziyarətçilərinə ev sahibliyi etməkdə İraq xalqının alicənablığına və xeyirxahlığına toxunaraq, bu mənalı və hikmətli hərəkatda iştirak etməyə nail olanlara bu gözəl fürsətdən yararlanmağı tövsiyyə edərək, əlavə edib: Biz də uzaqdan Ərbəin ziyarətçilərinə qibtə edirik və arzu edirik ki, kaş ki, sizinlə birlikdə olardıq.
 
Ali lider, Hz. Peyğəmbər (s) ailəsi ilə mənəvi və sevgi əlaqəsi yaratmaq və bu şərəfli, nurani və səmavi yerləri ziyarət etməyi İslam təriqətləri arasında Şiə təfəkkürünün üstünlükləri adlandıraraq, deyib: Ərbəin yürüşündə iştirak etmək üçün İrandan və dünyanın müxtəlif ölkələrindən insanların kütləvi hərəkatı Əhli-Beyt (ə) məktəbinin müstəsna xüsusiyyətlərinin təzahürüdür ki, bu mənəvi mənbə həm “qəlbi iman və əsl inanclar” və həm də “sevgi və şəfqət” saçır.
 
Ayətullah Xamenei eləcədə Ərbəin zəvvarlarına qayda-qanunlara əməl etməyi tövsiyyə etməklə, vurğulayıb: Dövlətimiz ölkədən çıxış üçün müəyyən qaydalar müəyyən edib ki, bunlara mütləq riayət edilməlidir və bu qaydalardan kənara çıxmaq arzuedilən deyil./