Ali lider: Dünyanın gözlərini qamaşdıran, bizim sürətli elmi tərəqqimizdir

Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün ölkənin bir sıra universitetlərinin və ali təhsil müəssisələrinin rəhbərləri və tələbələri ilə görüşüb.
 
Maide.az-ın məlumatına görə, görüşdə Ayətullah Xamenei deyib ki, elmi araşdırmalarda gələcək üçün ehtiyaclar öyrənilməli və hesablanmalıdır. Bəziləri deyirdilər ki, neftimiz var, nüvə enerjisinə nə ehtiyac var.
 
Ayətullah Xamenei bildirib ki, ABŞ elmi tərəqqiyə bizdən 140 il əvvəl başlayıb, dünyanın gözlərini qamaşdıran, bizim sürətli elmi tərəqqimizdir, deyirlər ki, İran İslam Respublikasının elmi inkişaf  templəri dünyanın tərəqqi sürətini 13 dəfə qabaqlayır.  
 
Ayətullah Xamenei bildirb ki,  20%-lik  yanacağın satışı məsələsində Qərb ölkələri alçaldıcı şərtlər qoydular, əlbəttə ki,  bu bizim üçün yaxşı oldu. “Bizim gənclər öz zəhmətləri bahasına bu yanacağı istehsal etdilər. Uranın zənginləşdirilməsi işində əsas iş, xam uranı 20%-a qədər zənginləşdirməkdir. Bu da onları çaşdırdı.”
 
Ayətullah Xamenei universitet və tələbələri ölkənin iqtisadi proseslərində aktiv iştirak etməyə səsləyib.
 
Ayətullah Xamenei ali təhsil müəssiələrində mədəni işlərin görülməsinin zəruriliyini vurğuladı və dedi: “Universitetlərdə mədəni işlər elə aparılmalıdır ki, tələbələr inqilab və dəyərlərə inansınlar, ölkə və sistemi sevsinlər, özlərinə inansınlar və ümidlə ölkənin inkişafına təkan versinlər. Mömin və inqilabçı gənclərə meydanda olmaq şansı verin”.
 
Ayətullah Xamenei bildirib ki, Qərb ölkələri öz universitetlərində sözdə üçüncü dünya ölkələri üçün Qərb həyat tərzi və düşüncəsi əsasında yetişdirilmiş müdirlər və idarəçilər tərbiyə edir: ”Onlar bu layihəni İranda da həyata keçirmək istəyirlər, lakin İran universitetləri və tələbələrində islami düşüncənin dərin və geniş yayılmasına görə öz layihələrinin icrasında problemlə üzləşiblər.” /