Ali Rəhbər Ayətullah Misbah Yəzdinin xatirəsinə anım mərasimi təşkil etdi - FOTO

Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin təşəbbüsü ilə ötən gün axşam Qum şəhərində Həzrət Məsumənin (s.ə) hərəmində mücahid alim, böyük filosof Ayətullah Hacı Şeyx Məhəmməd Təqi  Misbah Yəzdinin xatirəsinə həsr olunan anım mərasimi keçirildi.
 
Maide.Az xəbər verir ki, Ali Rəhbərin ofisinin rəhbərinin, alim və ruhanilərin, ordu və hökumət rəsmilərinin, habelə xalqın müxtəlif təbəqələrini təmsil edən insanların iştirakı ilə keçən mərasimdə qarilər Qurani-Məciddən ayələr tilavət etdilər,  eləcə də mərhum Ayətullah Misbah Yəzdinin matəminə həsr olunmuş mərsiyələr oxudular.