Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB

Ali Rəhbər ayətullah Seyid Əli Xameneiyə bu gün yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı yerli “Covİran Bərəkət” peyvəndi vurulub.
 
Maide.Az xəbər verir ki, bu barədə Ali Rəhbərin ofisi məlumat yayıb.
 
Bildirilib ki, ayətullah Xameneiyə İran istehsalı peyvəndin ilk dozası vurulub.
 
Peyvənd vurdurduqdan sonra Ali Rəhbər bildirib: 
 
"Bütün səhiyyə işçilərinə və elm adamlarına, bu işdə rolu olan həmkarlara təşəkkür edirəm. Onlar öz bilik və təcrübələri ilə ölkəni bu böyük  və hörmət gətirəcək imkana sahib etmək, yəni  Koronavirusa qarşı peyvəndin istehsalını həyata keçirmək üçün çalışdılar.  
 
Uzun müddət öncədən mənə peyvənd vurdurmaq təklif olunurdu, lakin mən dedim ki, gözləyirəm İran daxilində Koronavirus əleyhinə peyvənd istehsal olunsun və öz yerli peyvənddən istifadə edəcəyəm.  Bu milli şərəfi  sözün həqiqi mənasında qorumalıyıq. 
 
Bundan başqa, ölkə daxilində istehsal olunan peyvəndin növbə ilə vurulmasını nəzərə alaraq bildirmişdim ki, növbəm haçan yetişərsə, onda peyvənd olunacağam və bu gün növbəm  yetişdiyi üçün peyvənd vuruldu."