Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei höccətül-islam Qulamhüseyn Möhsini Ejeyinin məhkəmə sisteminin sədri vəzifəsinə təyin olunması barədə fərman imzalayıb.
Maide.Az xəbər verir ki, fərmanda Ayətullah Xamenei cənab Möhsini Ejeyiyə məhkəmə sistemində dəyişikliyin zərurətini və yeni dövrdə daha güclü çalışmağı tapşırıb.
Məhkəmə sistemində yeni texnologiyalardan istifadə, cihadçı və səmərəli işçilərin məsul kimi təyin olunması, dürüst hakimlərin xidmətlərinə dəyər verilməsi və eyni zamanda qanun pozuntuları ilə qətiyyətlə mübarizə aparmaq, xalqla davamlı ünsiyyətdə olmaq kimi məsələlər Ali Rəhbərin Möhsini Ejeyiyə verdiyi tövsiyələrdəndir.
Qeyd edək ki, Q.Möhsini Ejeyi İranın yeni seçilmiş prezidenti Ayətullah Seyid İbrahim Rəisini əvəz edəcək. Q.Möhsini Ejeyi bundan öncə İranın təhlükəsizlik naziri və baş prokror vəzifələrində çalışıb.