Amerika və Avropada Ramazan ayı haçan başlayır?

 Avropanın İslami tədqiqat və fətvalar şurası astronomik hesablamalara əsasən cari ilin İyun ayının 18-i, cüməaxşamı gününü, Avropada mübarək Ramazan ayının ilk günü kimi elan edib.
Maide.az "On İslam" xəbər və informasiya portalına istinadən məlumat verir ki,  İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşən Avropanın İslami tədqiqat və fətvalar şurası bildirib ki, iyun ayının 16-da, həftənin 2-ci günü Ramazan ayı yerli vaxtla saat 14:02-də doğulacaqdır. Buna görə də yeni ayı həfətnin 3-cü günü, İyun ayının 17-də qürubdan sonra istərsə sadə və istərsə də modern alətlərlə təchiz olunmuş gözlə görmək mümkün olmayacaq.Elə bu səbəbdən  iyun ayının 18-i, cüməaxşamı günü, Avropada mübarək Ramazan ayının ilk günü hesab olunur.
Bundan öncə Amerikanın Ali Fiqhi Şurası da eyni tarixi Ramazan ayının ilk günü kimi elan edib.
Qeyd edək ki, 2010-cu ilin statistikasına görə hazırda Avropada müsəlmanların sayı 44 milyondan çoxdur. Amerikada isə bu rəqəm təqribən 8 milyon nəfər təşkil edir. /