ANS-in efirində Ramazan ayı ilə əlaqədar dini söhbətlər olacaq

Ramazanın gəlişi münasibətilə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə xalqa müraciət edib. Şeyx bildirib ki, müsəlmanlar hər il Ramazan ayına iki-üç ay əvvəlcəndən hazırlıq edir. 
 
"Bu ay çox mərhəmətli aydır. Bu ay Allah-təalanın və insanlar bir-birlərini bağışladığı, müharibələrin dayandırılması, “Qurani-Kərimin” nazil olamsı, insanların birillik ruzisinin “qədr gecəsi”ndə verilməsi ayıdır. Bu ayda yetimlərə, kimsəzizlərə ata-anaya hörmət etmə ayı kimi dəyərləndirilir".
 
Orucunuza ANS-lə başlaya bilərsiniz. Çünki efirdə Azanı eşidə biləcəksiniz. Həm də ilk dəfə İmsak vaxtı ilahi söhbətlərə və dualara qulaq asmaq mümkün olacaq.
 
Allah orucunuzu qəbul etsin.