Arif Yunus barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılıb

Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılıb.
 
Vəkil Xalid Bağırov APA-ya bildirib ki, Arif Yunus bu gün Bakı İstintaq Təcridxanasında saxlanılan həyat yoldaşı Leyla Yunusa yemək apararkən polis tərəfindən saxlanılıb.
 
Prokurorluq Arif Yunusun yaşadığı Yasamal rayonunu tərk etməməklə bağlı iltizamı pozduğu üçün barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat verib. Prokurorluğun təqdimatına Nəsimi rayon Məhkəməsində baxılacaq.