ATƏT PA-nın yeni prezidenti seçilib

ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasının son günü quruma yeni prezident seçilib. Maide.az-ın məlumatına görə, səsvermə nəticəsində bu vəzifəyə Finlandiya nümayəndə heyətinin rəhbəri İlkka Kanerva layiq görülüb.
 
İ. Kanerva ona göstərilən etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib. 
 
Xatırladaq ki, İ.Kanerva bu vaxta qədər ATƏT PA-nın vitse prezidenti postunda çalışıb.
 
Qeyd edək ki, səsvermə 140 bəndlik Bakı bəyannaməsinin səs çoxluğu ilə qəbulundan sonra keçirilib.