Avstriyanın yeni kansleri and içib - YENİLƏNİB

Aleksander Şallenberq Avstriyanın yeni kansleri olaraq and içib.
 
Avstriya Prezidenti Aleksander Van der Bellen onu and içməyə aparıb.
 
Mərasim oktyabrın 11-də keçirilib.
 
Bildirilib ki, ölkənin keçmiş xarici işlər naziri Aleksander Şallenberq mühafizəkar Avstriya Xalq Partiyasının nümayəndəsidir.
 
Bundan başqa, Mixael Linxart Avstriyanın yeni xarici işlər naziri təyin edilib. O, 2019-cu ildən Avstriyanın Fransadakı səfiri vəzifəsində işləyib. Səfiri Prezident Van der Bellen vəzifəsindən azad edib.
 
A.Şallenberq 1969-cu il iyunun 20-də İsveçrənin Bern şəhərində zadəgan əsilli avstriyalı diplomat Volfqanq Şallenberqin ailəsində anadan olub. Aleksander Şallenberq ezamiyyətdə olan atası ilə birlikdə Hindistan, İspaniya və Fransada yaşayıb. Vyana və Paris universitetlərində təhsil alıb. 1997-ci ildə Avstriyanın Xarici İşlər Nazirliyi sistemində çalışır. / TASS/ 
 
***
 
Avstriyanın hazırkı xarici işlər naziri Aleksander Şallenberq bu gün baş nazir təyin olunacaq və günün ikinci yarısında and içərək vəzifəsinin icrasına başlayacaq.
 
Maide.az xəbər verir ki, bu barədə Avstriya Prezidentinin dəftərxanası məlumat yayıb.
 
Sebastyan Kurts haqqında rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı aparılan istintaqla bağlı baş nazir postundan istefa vermək barədə qərar qəbul etmişdi. 
 
S. Kurts Prezidenqt Van der Bellenə yaxın tərəfdaşı və XİN rəhbəri Aleksander Şallenberqi hökumətin yeni başçısı təyin etməsini təklif edib. S. Kurts özü Avstriya Xalq Partiyasının lideri postunda qalacaq, Milli Şurada – parlamentin aşağı palatasında deputat olacaq.