Ayətullah Xameneinin dəftərxanası Ramazan ayı ilə bağlı bəyanat verib

Ayətullah Xameneinin dəftərxanası Ramazan ayının ilk günü ilə bağlı bəyanat verib. İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xameneinin nəzarəti altında olan rəsədxana mübarək Ramazan ayı ilə bağlı bəyanat verib. Ayətullah Xameneinin dəftərxanasının ayın çıxması ilə bağlı bölməsinin rəhbəri höccətül-islam Əlirza Müvəhhidnejad bu barədə açıqlaması zamanı bildirib ki, cümə günü 150-yə yaxın qrup mübarək Ramazan ayını axtarması ilə bağlı işlərə başlayacaq. Bundan əlavə şənbə günü də bu iş davam etdiriləcək. Bu ana qədər araşdırmaların nəticəsinə görə mübarək Ramazan ayının şənbə günü başlaması gözlənilmir. Yəni Allahın izni ilə bazar günü bu ayın ilk günü olacaqdır. Lakin hər halda biz hər il olduğu kimi öz işimizi davam etdirəcəyik. Hələki bu barədə heç bir fətva verilməyib./islamazeri.az