Ayətullah Xamenei: Şərafətli şer haqq və batil savaşında tərəfsiz qalmamalıdır

Şərafətli şer haqq və batil savaşında tərəfsiz qalmamalıdır. Bunu Ali Lider Ayətullah Seyyid Əli Xamenei ötən axşam şairlər, mədəniyyət və ədəbiyyat xadimləri ilə görüşündə deyib. 
Maide.az xəbər verir ki, Ayətullah Xameneinin ofisinin informasiya portalının məlumatına görə, Ali Lider  Ayətullah Xamenei İmam Həsən Muctabanın (ə)  viladətinin ildönümü gecəsində İran, Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan və Azərbaycan Respublikasından olan bir qrup fars şeri və ədəbiyyatı müəllimi, mədəniyyət xadimi və şairlərini  qəbul edib. 
Ayətullah Xamenei bu görüşdə İmam Həsən Muctabanın (ə)  viladəti münasibəti ilə hamını təbrik edib və "oxucunun istiqamətlənməsi" və ya onu "əyri yola dönməkdən çəkindirilməsi" istiqamətində şeri təsirli vasitəsindən biri olduğunu vurğulayıb və bildirib ki, hazırda media vasitələrinin genişlənməsi ilə bəzi əllər gəncləri emossional, epik, inqilabçı və zərif atmosferdən yayındırmaqla, şeri idarə olunmaz mədəniyyətin xidmətində, insani dəyərlərdən uzaq, cinsi instinktlərin təsiri altında, şəxsi mənafe və zülmün sitayişinin ixtiyarına verməyə çalışır. 
Ayətullah Xamenei  bəzi gənc şairlərin bu zəhərli atmosfer qarşısındakı müqavimətini alqışlayaraq bildirib ki,  zülmə qarşı və islam ümmətinin məqsədləri, o cümlədlən Yəmən, Bəhreyn, Livan, Qəzzə, Fələstin və Suriya barəsində olan hər bir şer hikmətli şer meyarıdır. 
Ayətullah Xamenei  həmçinin haqq və batil savaşında şairin tərəfsizliyinə dəvəti mənasız adlandırıb və bildirib ki,  Əgər şair və incəsənət xadimi haqq və batil müharibəsinə tərəfsiz qalarsa, praktiki olaraq öz ilahi neməti və istedadını zay etmişdir və əgər batil cəbhəsinin xidmətində olarsa, onun işi xəyanət və cinayətdir. 
Ayətullah Xamenei Sərdəştin kimyəvi bombarmdan edilməsinin ildönümünə toxunaraq İran xalqının çoxlu məzlumluqlarını şer dili ilə dünyaya əks etdirmək üçün təkanverici və önəmli nümunələr adlandırıb və deyib ki, Amerika, İngiltərə və sionistlərin nəzarətində olan və bəzən bir heyvanın canı üçün media qalmaqalı yaradan dünya mediaları bu günlərdə Yəmənin bombardman edilməsi və Qəzzə və Livana qarşı ötən illərdəki bombardmanlar kimi cinayətlər qarşısında utanmaz şəkildə sükut edirlər. 
Bu görüşün əvvəlində şairlərdən 20 nəfər öz şerlərini oxuyub. /