Ayətullah Xamenei: Düşmənlərin hədəfi, İran xalqının yüksək sivilizasiyaya sahib olmasının qarşını almaqdır-Foto

Ali Lider Ayətullah Seyyid Əli Xamenei ötən gün axşam İran universitetlərinin elmi heyətlərinin üzvləri və müəllimləri ilə  görüşüb.  
Maide.az xəbər verir ki, görüşdə Ayətullah Xamenei müəllimlərin çoxsəyli, mömin və öncül nəslin təlim-tərbiyəsindəki rolunu əvəzsiz adlandırıb və elmi mühitlərdə haşiyəyaratmadan çəkinmənin zəruriliyi vurğulayıb və bildirib ki, İranın elmi sıçrayışı azalmamalıdır.
Görüşdə Ayərtullah Xamenei müəllimin tələbənin qəlbi və ruhunda təbii təsirqoyması və nüfuzunu müstəsna fürsət adlandırıb və bildirib ki, bu imkandan gələcəyə ümidvar, özünəinam hissinə malik, əxlaqlı, böyük stimula və milli qeyrətə malik mömin gənclər yetişdirmək üçün bəhrələnin və İranın inkişafı üçün güclü qollar  yetişdirin.
Ayətullah Xamenei gənc nəsilə lazım olan özəlliklərin o cümlədən əcnəbilərə ehtiyac duymama , İranın mövqeyini düzgün dərketmə, İranın istiqlaliyyətinə xələlin gəlməsi qarşısında  həssaslıq və qətiyyətlilik göstərməyin adını çəkib və bildirib ki , hörmətli müəllimlər öz metodları ilə belə bir nəsli yetişdirsinlər.
Ayətullah Xamenei  müəllimləri yumşaq müharibənin komandanları adlandırıb, onlara müraciət edib və bildirib ki, 8 il Müqəddəs Müdafiənin komandanları kimi bu həyati və dərin mübarizədə əyani iştirakla tələbə gənclərə, yəni yumşaq müharibənin zabitlərinə komandanlıq edib, istiqamətləndirin ki, bu meydan da, bir müqəddəs müdafiədir. 
Ali Lider İranın dünyanın 16-cı elmi rütbəsini qazanmasını son illər elmi mərkəzlər və universitetlərdəki ardıcıl səylərin nəticəsi olduğunu bildirib və deyib ki, bu iftixarı İrana nəsib etmiş şövqyaradan elmi sıçrayış bu gün azalıb və məsul şəxslər ikiqat ciddi-cəhd göstərməlidirlər ki, elmi irəliləyiş hərəkətdən düşməsin və İranın ehtiyacına uyğun surətlə sıçrayış etsin.
Ayətullah Xamenei  çıxışlarının digər  hissəsində ölkə rəmilərini humanitar elmlərdə dəyişiklik üçün ciddi səy göstərməyə çağırıb. "Bu zəruri dəyişiklik həm universitet və Mədəni İnqilab Ali Şurası və Humanitar Elmlərdə Dəyişiklik Şurası kimi elmi mərkəzlərdə daxili coşqunluğa, həm də məsul orqanların xarici dəstəyinə ehtiyaclıdır."
Ayərtullah Xamenei düşmənlərin planları ilə mübarizədə müəllimlər və ölkənin elmi idarəçilik orqanlarının rolunu mühüm hesab etdiyini vurğulayıb və qeyd edib ki, düşmənlərin sanksiyalardan məqsədləri, nüvə məsələsi və ya insan haqları və terrorizm kimi məsələlər deyil, ona görə ki,  onların özləri insan haqlarına zidd və terrorizmin yetişdirilməsinin əsas mərkəzləridirlər.
"Düşmənlərin hədəfi, İran xalqının layiqli və yüksək sivilizasiyaya sahib olmasının qarşını almaqdır və biz öz mövqeyimizi dəqiq tanımaqla ölkənin iftixarla dolu hərəkətini davam etdirməliyik ki, bu prosesdə müəllimlər və elmi birliklərin rolu son dərəcə böyükdür."  /