Ayətullah Xamenei: “Amerikanın İrana nüfuzunun qarşısını alacağıq”

Ali Lider Ayətullah Xamenei bu gün Tehranda keçitilən Əhli-Beyt Dünya Assambleyasının iclas iştirakçıları ilə görüşüb. Maide.az-ın məlimatına görə, dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr qarşısında çıxış edən Ayətullah Xamenei İran və “altılıq” ölkələri arasındakı razılaşmaya toxunaraq, “Onlar xəyal edirlər ki, bu razılıqla İranın daxilinə nüfuz edə biləcəklər. Əlbəttə, hələ məlum deyil bu razılıq burada və orda təsdiq olunacaq, ya yox. Onların niyyəti budur ki, ölkəyə daxil olsunlar. Amma onların bu niyyətinin qarşısı alınıb və alınacaq. Amerikanın ölkəyə iqtisadi, siyasi, mədəniyyət baxımından nüfuz etməsinin qarşısı alınacaq və buna gücümüz də var.”