Ayətullah Xamenei: Bu gün regionda diktator və zalım rejimlər Amerikanın dəstəyi ilə öz cinayətlərini davam etdirirlər

Bu gün düşmənin nüfuzu bu ölkə üçün böyük təhdidlərdən biridir. Bunu Ali Lider Ayətullah Xamenei sentyabrın 16-da  İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) komandirləri və işçiləri ilə görüşdə deyib. 
Maide.az xəbər verir ki, Ayətullah Xamenei deyib ki,  düşmənin İqtisadi və təhlükəsizlik nüfuzu, təfəkkür, mədəniyyətə və siyasət sahəsindəki nüfuzundan daha az olsa da, önlənilməsi zəruridir. “Əlbəttə, təhlükəsizlik sahəsindəki nüfuzu Sepah tam iqtidarla önləyir. İqtisadiyyat sahəsində də ölkə rəsmiləri iqtisadi nüfuza qarşı gözüaçıq olmalıdırlar.”
Ayətullah Xamenei bildirib ki, düşmən mədəni nüfuz sahəsində, ictimaiyyətin öz ayaqları üstündə durmasına kömək edən inancları sarsıtmağa, zəiflətməyə və bu dəyərlərə nüfuz etməyə səy göstərir. “Siyasi nüfuz sahəsində qərarların qəbul edildiyi , olmadıqda qərarların çıxarıldığı mərkəzlərə nüfuz etməyə səy göstərirlər. Hər hansı bir ölkə belə bir nüfuz altına düşmüş olarsa, həmin ölkənin çıxartdığı qərarlar və tutduğu yol hegemonçuların iradəsinə uyğun olmuş olacaq. 
Ayətullah Xamenei deyib ki, düşmənlər o kəslərdir ki, illər öncə “təhlükəsizliyin təmini” , “terrorizmlə mübarizə” , “demokratiyanın təmini” və “sülh” şüarı ilə regiona gəldilər, lakin hazırda onların regiondakı hüzurunun nəticəsi sabitsizlik, vəhşi və qaniçən terrorçuların və regionda müharbiə alovunun artmasıdır. “ Amerikalılar regionda “demokratiya təmini” şüarını verirdilər, hazırda həmin şüar onların öz yaxasını tutub. Ona görə ki, bu gün regionda diktator və zalim rejimlər Amerikanın dəstəyi ilə öz cinayətlərini davam etdirir. /