Ayətullah Xamenei: `Amerika ilə danışıqlar qadağandır` Yenilənib - FOTO

Ali Lider Ayətullah Xamenei bildirib ki, Amerika ilə müzakirə qadağandır, Amerika ilə müzakirə yəni nüfuz etmək. 
Maide.az xəbər verir ki, bu gün Ali lider Ayətullah Seyid Əli Xamenei bu gün İranın hərbi dəniz qüvvələrinin rəsmiləri ilə görüşündə mühüm açıqlamalar verib.
 
Ayətullah Xamenei Amerika ilə müzakirələrin İrana heç bir faydasının olmadığını və müzakirələrin ölkəyə nüfuz etmək məqsədi daşıdığını söyləyib: "Nüvə müzakirələrimiz çox böyük məharətlə müzakirələri aparsada son nüvə danışıqlarına nəzər yetirək, harada istədilər orada nüfuz etdilər. İran İslam Respublikasında düşmənlərin etiqad və mədəni hücumlarını önləmək sahəsində yaxşı işlər görülüb. Amma, bu sahədə səylər daha da artırılmalıdır." 
 
Ayətullah Xamenei özü və İran xalqının ABŞ ilə müzakirələrə qarşı olmasının səbəbsiz olmadığını bildirib. " Amerikalılar nüvə müzakirələri yolu ilə İrana nüfuz yolunu açmağa çalışdılar. Amma, İran tərəfi bu məsələ qarşısında tamamilə ayıq davrandı.  ABŞ ilə müzakirələr malik olduğu saysız zərər və ziyanlara görə, hazırkı şəraitdə prioritet sayılmır."
 
Ali Lider şəhadət anlamının yenidən bərpa edilməsini zəruri adlandıraraq, şəhid və şəhadətin dəyərinin qorunmasına təkid edib : "Düşmən bütün vasitələrdən istifadə edərək, öz mədəni və siyasi istəklərini qəbul etdirmək, İran xalqının dini və siyasi etiqadını zəiflətmək, narazılıqları artırmaq və gəncləri hegemonçuluq quruluşunun maraqlarına xidmətə cəlb etmək ardıncadır və bununla mübarizə aparmaq lazımdır."
 
Xəbər yenilənir...