Ayətullah Xamenei: Elmi nailiyyətləri inkar etmək və gəncləri ruhdan salmaq ölkəyə xəyanətdir

Ölkənin nanotexnologiyalar, kök hüceyrələr və nüvə enerji sahəsində əldə etdiyi böyük elmi nailiyyətlər fantaziya deyil, bütün dünyanın bildiyi reallıqlardır, buna görə də, gəncləri ruhdan salmaq, böyük və sürətlə inkişaf edən elmi və texnoloji nailiyyətləri inkar etmək ölkəyə və milli namusa xəyanətdir. Bu sözləri Ali Lider Ayətullah Seyyid Əli  Xamenei bu gün bir sıra tələbələrlə və ölkənin böyük istedadlı gəncləri ilə görüşündə deyib. 
 
Maide.az xəbər verir ki, Ayətullah Xamenei ziyalı, əzmkar və iradəli gənclərlə görüşünün ümidverici olduğuunu qeyd edərək deyib ki, iranlı gənclər dünya səviyyəsində yüksək intellektual səviyyəyə malikdir. “Dünyanın 200 ölkəsi arasında iranlı gənc alimlərin yüksək elmi dərəcəyə nail olmasını İslam İnqilabının bəhrələrindən biridir. İran hal-hazırda böyük elmi dərəcələrə nail olub, halbu ki, ötən 30 ildən çox müddətdə İrana qarşı başladılan müharibə, siyasi təzyiqlər və iqtisadi sanksiyalarla üzləşib.”
 
Ayətullah Xamenei gənc ziyalılara üzünü tutaraq deyib ki, əldə etdiyiniz bu yüksək elmi mövqe ölkədə yaradılan stabillik sayəsində də mümkün olub, buna görə, şəhid General Həmədani kimi ölkədə asayişi bərqərar edənlərin qədrini bilin. “ Ölkədə sabitlik olmasa, elmi tədqiqat, araşdırma, universitet və elmi inkişaf da olmaz.”
 
Ali lider, İnqilabdan sonrakı illər ərzində əldə etdiyi böyük təcrübədən danışaraq, bəzi rəhbər işçilərin cəmiyyətin problemlərindən və reallıqlarından xüsusilə də ucqar kənd və şəhərlərdə və əhalinin imkansız təbəqələrindən xəbərsiz olduqlarını xoşagəlməz problem adlandırıb və bildirb ki, Cihad düşərgələri (universitet tələbələrinin ucqar kəndlərdə yenidənqurma işləri görmək məqsədi ilə təşkil etdikləri düşərgələr)  gənclərin həqiqətləri görmək, eləcədə əhaliyə birbaşa xidmət etmək üçün ən yaxşı imkandır.
 
O, çıxışının davamında  daha əvvəl edilən xəbərdarlıqlara baxmayaraq bəzi Avropa ölkələrinə hələ də təşkil edilən tələbə düşərgələrini tənqid edib. “Bu düşərgələr ən böyük səhv işlərdən biridir və cihad düşərgələri ondan daha yaxşı və daha şərəflidir.”
 
Ayətullah Xamenei qeyd edib ki, Qərbdən qorxmayın. “Baxmayaraq ki, bu günki Qərb ölkələri elmi və texnologiya məsələlərində inkişaf ediblər, lakin Qərbdən qorxmaq lazım deyil, çünki İranlı gəncin potenseal gücü daha çoxdur. Siz onları xeyli qabaqlayırsınız. Bizim dövrün gənc nəsli iftixar hissi keçirə bilər ki, ölkəni yüksək elmi səviyyələrə qaldırmağa nail olub.”
 
Ayətullah Xamenei  ölkə gənclərini bəzi rifahlı yaşayış düşüncələrinin təsiri altına salaraq xarici dövlətlərə aparmağa çalışan hərakat haqqında xəbərdarlıq edib. “Ölkənin düşünən beyinlərini tapmaq və onları ölkədən çıxartmağa çalıan hərakat var. Ölkə rəsmiləri oyaq olmalıdır və bu məsələni diqqətdə saxlamalıdır” /