Ayətullah Xamenei: Terrorçuların vəhşicəsinə cinayətləri onların İslama biganə olduqlarının nişanəsidir

Bu gün axşam Ali Lider  Ayətullah Seyyid Əli Xamenei Türkmənistan prezidenti Qurbanqulu Berdı Məhəmmədovu qəbul edib. 
 
Maide.az xəbər verir ki, görüşdə Ayətullah Xamenei İran ilə Türkmənistanın yaxın və dost əlaqələrinə, regiondakı militarizmlə mübarizə və ikitərəfli həmkarlıqların inkişafı üçün mövcud olan böyük imkanlardan danışıb. 
 
Ayətullah Xamenei terror cərəyanlarının  insanların başlarını kəsməsini, yandırmasını və vəhşiliklərini həmin cərəyanların tam şəkildə İslama biganə olmalarının nişanəsi  olduğunu vurğulayıb və bildirib ki, bu cinayətlərin İslamla heç bir əlaqəsi yoxdur.
“İslami ölkələri və qonşu ölkələrin  təhlükəsizliyi, rifahı və inkişafı  İran İslam Respublikasının xeyrinədir. İran-Türkmənistan sərhədləri sülh və dinclik sərhədləridir və tərəflərin fikri arxayınlığına səbəb olur və Fars Körfəzinə və azad sulara çıxmaq üçün İran yolundan istifadə Türkmənistan üçün dəyərli bir fürsətdir.  İslamın adı ilə cinayətlər törədən təkfirçi qruplar və İŞİD-in kobud terrorizmi və vəhşilikləri ilə qarşılaşmada xalqa düzgün islami fəaliyyət imkanı verilməlidir və ən yaxşı yol, bu cərəyanların nüfuzunun zərərsizləşdirilməsi, mötədil və aqilanə fikri hərəkətlərin gücləndirilməsidir.  İslam başqaları üçün xeyirxahlıq, məhəbbət və qardaşlıq dinidir və terror cərəyanlarının bu cinayətlərinin İslamla heç bir əlaqəsi yoxdur.”
 
Ayətullah Xamenei görüşdə İran və Türkmənistan xalqlarını iki qohuma bənzəyən qonşu ölkələr adlandırıb və əməkdaşlıqların artırılması üçün mövcud geniş imkanlardan istifadənin vacibliyini vurğulayıb. 
İranın birinci vitse-prezidenti İshaq Cahangirinin də iştirak etdiyi  görüşdə Türkmənistan prezidenti Tehran səfərindən məmnunluq ifadə edərək, Ali Lider Ayətullah Xamenei ilə görüşü iftixar mənbəyi adlandırıb və belə əlavə edib: İran və Türkmənistan daim yaxşı və tarixi əlaqələrə malik və bir-birilərinin qəmi və şadlığına şərik olublar və sizin İran və Türkmənistanın nəinki iki qonşu, həm də iki qohum olmasına dair sözləriniz Türkmənistanın dövləti və xalqının təşviqinə və arxayınlığına səbəb olur.
O, Ayətullah Xameneinin öncəki səfərlərdəki tövsiyələrini xatırladaraq, deyib: Sizin sözləriniz dahi rəhbər və mütəfəkkir bir insan kimi bizm üçün böyük dəyərə malikdir və sizin tövsiyələrinizə əməl etmək çox yaxşı nəticələr verəcək.
Qurbanqulu Berdı Məhəmmədov əlaqələrin xüsusən qaz, nəqliyyat və yol salma sahəsində inkişafı üçün böyük imkanların olmasına toxunaraq, deyib ki, iki ölkənin birgə iqtisadi və abadlıq layihələrinin həyata keçirilməsi bütün regionun xeyrinədir.
O həmçinin regionun siyasi durumunu qeyri-qənaətbəxş olduğunu vurğulayıb və  və İŞİD-in cinayətlərinə toxunaraq, deyib ki, İŞİD və onun kimi digər qruplaşmaların  İslamdan xəbərləri yoxdur və təəssüflə, bəzi dövlətlər tərəfindən dəstəklənir.  /