Ayətullah Xamenei: İraqda İŞİD terror qruplaşmasına ABŞ və regionun bəzi irticaçı ölkələri bir başa yardım edir -YENİLƏNİB -FOTOLAR

Ayətullah Xameneinin Nigeriya və Venesuela prezidentləri ilə görüşü

( Venesuela prezidenti ilə görüşdəki çıxış əlvə olunub)  
 
Ali Lider Ayətullah Seyyid Əli Xamenei  bu gün Tehranda keçirilən Qaz İxrac edən Ölkələr Forumunda (Gas Exporting Countries Forum – GECF) iştirak edən bir sıra ölkələrin prezidentləri ilə görüşüb. 
 
 
 
 
Maide.az xəbər verir ki, Ayətullah Xamenei Nigeriya prezidenti Məhəmməd Buhari  ilə görüşdə bildirib ki, İslam və müsəlmanların kimiliyini müdafiə etmək üçün İslam ölkələri arasıdna əməkdaşlıqların artırılması zəruridir. “Terrorçu cərəyanlarla mübarizə iddiasında olan koalisiyalara güvənmək olmaz. Ona görə ki, elə İŞİD kimi terrrorçuların yaradılmasında və onların dəstəklənməsində elə bu dağıdıcı koalisiyalar xüsusi ilə Amerika dayanır. “İslamın düşmənləri” və “İslam adı ilə İslamla düşmənçilik” edənlər bir qayçının iki başıdırlar. İslam ölkələri bu təhlükəli düşmənlərin qarşısında əməkdaşlıqlarını artırmalı və öz mənafelərini qorumalıdırlar.  Boko Haram və İŞİD kimi terrorçu qurplaşmalarla mübarizədə Qərb ölkələri və ABŞ-ın yardım və əməkdaşlığına ümidvar olmaq düzgün deyil. Dəqiqi məlumatlara əsasən, İraqda İŞİD terror qruplaşmasına ABŞ və regionun bəzi irticaçı ölkələri bir başa yardım edirlər. İran İslam Respublikası ABŞ və sionist rejimdən başqa bütün ölkələrlə geniş əlaqələri var amma düşünürük ki, İslam ölkələri bir-birləri ilə daha yaxın münasibətdə olmaldırlar.”-deyə Ayətullah Xamenei bildirib.
 
 
 
 
Ayətullah Xamenei bu gün həmçinin  Venesuela prezidenti Nikolas Maduronu qəbul edib. 
Maide.az xəbər verir ki, Görüşdə Ayətullah Xamenei bildirib ki, bu gün imperialist siyasətləri böyük bir bəla kimi bəşəriyyətin canına düşüb və müstəqil ölkələrin inkişafı üçün yeganə çıxış yolu xalq kütləsinə güvənməkdir.  “Amerika Latın Amerikası bölgəsinə qarşı tamahkar siyasətlər yürüdürvə bu bölgəni özü cövlangahı hesab edirdi lakin Venesuelanın misilsiz hərəkətləri ilə bu bölgə müstəqil bölgəyə çevrildi. ABŞ tərəfindən Venesuelaya təzyiqlərin məqsədi  bu ölkənin milləti və hökumətinin müqavimətini məhv etmək idi. Dünyada bu gün baş verən müharibələr əslində iradələrin müharibəsidir. Siz öz müqavimətinilə, iradənizi möhkəmləndirməklə və ölənizin geniş potensealından bəhrələnməklə bütün problemlərə qələbə çala biləcəksiz. İmam Xomeyni (rə) boş əli ilə ama xalq kütləsinə etimad edərək və onları meydanlara gətirməklə ABŞ və Avropanın dəstəklədiyi bir hökuməti devirə bildi. Bütün müstəqil ölkələr buy olla öz qələbələrini qazan bilərlər. İslam Respublikası düşmənlərin sanksiyaları və təzyiqlərinə baxmayaraq elmi və texnologiyalar baxımından göz qamaşdıracaq dərəcədə inkişaf edib. Bu təcrübə yalnız xalq kütləsinin dəstəyi və iştirakı ilə əldə olunub. Problemlərin həll yolu xalqın emosiya və ürəyini onlara sidq ürəklə xidmət göstərməklə əldə etməkdir. İran Venesuelanın müvəffəqiyyət və inkişafını öz müvəffəqiyyət və inkişafı hesab edir”-deyə Ayətullah Xamenei bildirib.  /