Ayətullah Xamenei: İslam ölkələrinin müqavimət cəbhəsinin təşkili üçün şərait yaranıb

Ayətullah Xamenei bu gün İraq prezidenti və Əlcəzairin baş nazirini qəbul edib

Ali Lider Ayətullah Seyyid Əli  Xamenei bu gün səhər İraq prezidenti Fuad Məsum və Əlcəzairin  baş naziri Əbdülmalik Sellal və onları müşaiyət edən nümayəndə heyətləri qəbul edib. 
 
Maide.az xəbər verir ki,  İraq prezidenti Fuad Məsum və onu müşayiət edən heyətlə görüşündə bir sıra xarici dairələrin İraqda qarşıdurma yaratmağa çalışmasına toxunaraq bildirib: “İraq xalqı sünni, şiə, kürd və ərəb olmaqla əsrlərdir ki heç bir problemsiz bir yerdə yaşayırlar, lakin təəssüflər olsun ki, bir sıra region ölkələri və habelə yad qüvvələr fikir ayrılıqlarını böyütmək məqsədi güdürlər ki, buna qarşı çıxmaq və qarşıdurmaya səbəb ola biləcək istənilən bəhanədən çəkinmək lazımdır”.
 
İraqdakı münaqişələr ABŞ-ın müdaxiləsinə zəmin yaradıb
 
Ali lider Ayətullah Xamenei  qarşıdurmanın yaranması və onun İraqın ümumi həyatına daşınmasını yad qüvvələrin müdaxilə niyyətli bəyantlarına zəmin yaratdığını hesab edərək bildirib: "Mövcud atmosfer elə olmamalıdır ki, amerikalılar aşkar şəkildə İraqın parçalanmasından danışmağa özlərində cəsarət tapsınlar. Nə üçün böyük, varlı və min illik tarixə malik bir ölkə olan İraq parçalanmalı və daha kiçik bölgələrə bölünməlidir  və daim münaqişə və toqquşmalara məruz qalmalıdır.  Şübhəsiz, İraq rəsmiləri digər ölkələrlə, o cümlədən ABŞ-la xarici əlaqələri bu ölkənin milli maraqları əsasında quracaqlar, bununla belə, amerikalılara icazə vermək olmaz ki, İraqı öz şəxsi mülkiyyətləri hesab etsin və istənilən açıqlamanı versin, istədikləri addımı atsınlar. Bu günkü İraqın öz böyük xalqı, eləcədə bacarıqlı və ayıq gəncləri sayəsində keçmişdəki İraqdan tamamilə fərqlidir. İraq gəncləri indi ayılıblar,öz güclərini və bacarıqlarını anlayıblar, belə gənclər əlbəttə ki, Amerikanın hökmranlığı altına getməyəcəklər”.
 
Könüllü qüvvələr İraq gənclərinin oyanış simvoludur
 
Ayətullah Xamenei İŞİD-lə müharibədə İraqın xalq könüllü qüvvələrini iraqlı gənclərin oyanış və gücünün bariz nümunəsi adlandıraraq vurğulayıb: “İraq gənclərinin potensialından və bacarığından bu ölkəni öz layiqli yerinə çatdırması üçün daha da geniş istifadə etmək lazımdır.”
 
Ali Lider  İraqda son irəliləyişlərdən və İŞİD fitnəsinə qalib gəlməkdən məmnunluğunu ifadə edərək, əlavə edib: “İraq dövlətinin təşkilati strukturunda Prezident xüsusi mövqeyə malikdir və o qarşıdurmanın azalmasında və milli birliyin möhkəmlənməsində təsirli rol oynaya bilər.”
 
Ali lider yad qüvvələrin təhrik etməsi ilə Səddam tərəfindən başladılan 8 illik müharibəyə baxmayaraq İranla İraq arasında qardaşlıq, səmimi və mehriban əlaqələrin olmasına toxunaraq, bunu qəribə bir hal kimi dəyərləndirərək deyib: “Ərbəin günü mərasiminin yürüşü bu dostluq əlaqəsinin bir nümunəsidir, belə ki İraq xalqı iranlı zəvvarlara ev sahibliyi etməyi, yardım və mehribanlıq, istiqanlılıq göstərməyi əsirgəmir.   İki dövlətin rəsmiləri bu şəraitdən və fürsətdən hər iki ölkənin mənafeləri üçün maksimum istifadə etməlidirlər.”
 
Ali lider iki ölkə və İran-İraq xalqları arasındakı əlaqələrin dərinliyini köklü, tarixi və qonşu, regional ölkələrə xas olan əlaqələrdən daha geniş olduğuna diqqət çəkərək, İraqda milli birliyin qorunmasını vuğulayıb və bildirib: İraq xalqı böyük və qədim tarixə malik bir xalqdır.
 
Ayətullah Xamenei İran İslam Respublikasının öz elmi,texnoloji, müdafiə və xidmət sahələrində əldə etdiyi təcrübəni İraqla paylaşmağa hazır olduğunu qeyd edərək əlavə edib: Ölkələr arasındakı iqtisadi əməkdaşlığın səviyyəsinin daha da artması üçün səylər göstərilməlidir.
 
 
 
İŞİD İslamın simasına ziyan vermək üçün yaradılıb
 
Ali Lider Ayətullah Seyyid Əli  Xamenei bu gün həmçinin Əlcəzairin  baş naziri Əbdülmalik Sellal və onu müşaiyət edən nümayəndə heyətini qəbul edib. 
Görüşdə Ayətullah Xamenei bildirib ki, İŞİD və onun timsalında digər terrorçular İslam adı ilə regionda yayılıblar, bu adi və təbii bir məsələ deyil, bu terrorçular yaradılıb və dəstəklənirlər. “Təssüf edici haldır ki, regionun bəzi İslami ölkələri ABŞ və İslam düşmənləri kimi  İŞİD terrorçularını dəstəkləryir. İslam ölkələri bir-birləri ilə qarşılıqlı anlaşa bilərlər, danışıq və əməkdaşlıq etməklə terrorçularla mübarizə üçün əməli çıxış yolu tapa bilərlər.”
 
İslam ölkələrinin müqavimət cəbhəsinin təşkili üçün şərait yaranıb
 
Ayətullah Xamenei bildirib ki, İslam İnqilabının əvvəlində İran, Əlcəzair, Suriya və bir neçə digər ölkələrin mütəşəkkil müqavimət cəbhəsinin yarandığını vurğulayıb və bildirib ki, ABŞ-ın davamçısı olan bəzi ölkələr həmin dövrdə o cəbhənin fəaliyyətinin davam etdirilməsinə mane yaratdılar. Amma belə nəzərə çarpır ki, hazırda İslam Ölkələrinin iştirakı ilə ona oxşar bir müqavimət cəbhəsinin yaradılması üçün şərait yaradılıb.  Əgər belə bir müqavimət cəbhəsi təşkil olunarsa, bu İslam ölkələri İslam dünyasında baş verən proseslərdə təsir edici rol oynaya bilərlər. Regionun problemlərinin həlli və terrorizmlə mübarizə üçün əməli ilər görə bilərlər. /