Ayətullah Xamenei: Terror təşkilatlarının ən pisi, elə Amerika rejiminin özüdür

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər İranın bu ilki Həcc ziyaərti üzrə təşkilatçılar və məsul şəxslərlə görüşüb. 
 
Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei çıxış edib və bildirib ki, Həcc misilsiz mənəvi və ictimai bir potensial, eləcə də İslam ümmətinin mövqeyini və əqidəsini bəyan etmək üçün ən yaxşı fürsətdir. “Biz Minada baş vermiş faciəni heç bir zaman unutmayacayıq. İslam Respublikasının ciddi və davamlı istəyi bütün hacıların, xüsusi ilə iranlı hacıların təhlükəsizliyinin və rifahının təmini və onlarla izzətli davranışdır. Həccin təhlükəsizliyinin təmini Hərəmeynə nəzarət edən ölkənin üzərinə düşür”.
 
Ayətullah Xamenei Həcc ziyarətini çox önəmli vacib bir vəzifə adlandırıb və bildirib ki, Allahla mənəvi əlaqə yaratmaq üçün Həcc ziyarəti bir fürsətdir və bu fürsətin qədrini bilmək lazımdır. “Həcc ziyarətinin fərqləndirici xüsusiyyətlərindən biri də bu ziyarətin ictimai potensialıdır. Həcc ziyarəti hər il davamlı olaraq müəyyən bir nöqtədə yerinə yetirilən bir ziyarət olaraq İslam ümmətinin güc, vəhdət və böyüklüyünün göstəricisidir. Həcc ziyarəti bütün mənəvi və ictimai özəllikləri ilə yanaşı, həm də İslam dünyasında baş verən önəmli proseslərlə bağlı İslam ümmətinin mövqeyini sərgiləmək üçün ən yaxşı yer və zamandır. Bu məsələlərdən biri, "əl-Əqsa" məscidi və Qüds məsələsidir ki, bu günlər qəsbkar sionist rejimin həyasızlığı, vəhşiliyi və xəbisliyi üzündən əvvəlkindən daha çox diqqət mərkəzindədir və İslam ümmətinin ürəyi "əl-Əqsa" məscidi üçün daha çox çırpınır”.  
 
Ayətullah Xamenei bildirib ki, Fələstin məsələsi heç bir vəchlə unudulmamalıdır. “Fələstin məsələsi İslam dünyasında baş verən proseslərin başlıca mehvəridir. Müsəlman xalqların Fələstin və "əl-Əqsa" məscidi barədə öz mövqe və əqidələrini bildirməsi üçün Allah evindən, Məkkə, Mədinə, Ərəfat, Məşəər və Minadan yaxşı bir yer ola bilərmi?”
 
Ayətullah Xamenei bildirib ki, Həcc ziyarətində müsəlman xalqların mövqe sərgiləyə biləcəyi məsələlərdən biri də  Amerikanın İslam ölkələrinə və regiondakı proseslərə müdaxiləsi və terrorçu-təkfirçi qrupları yaratması məsələsidir. “Bütün terror təşkilatlarının ən pisi, elə Amerika rejiminin özüdür”.
 
Ayətullah Xamenei müsəlman xalqların vəhdət məsələsinə çalışmasını son dərəcə mühüm və zəruri adlandırıb və bildirib. “Müsəlmanlar arasında təfriqə, ixtilaf və düşmənçilik yaratmaq üçün milyardlarla dolların xərcləndiyi bir halda, müsəlmanlar ehtiyatlı olmalıdırlar ki, bu ixtilaf yaradanlara yardım etməsin”. (leader.ir)