Azərbaycan Silahlı Qüvvələrinin ümumqoşun təlimləri başlayıb

Müdafiə Nazirliyinin Qaraheybət poliqonunda Azərbaycan Silahlı Qüvvələrinin ümumqoşun təlimləri başlayıb.
 
Az öncə başlamış hərbi təlimlərdə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların hərbi qulluqçuları və döyüş texnikaları iştirak edir.
 
Prezident, Ali Baş Komandan İlham Əliyevin da izləyəcəyi təlimdə bütün hərbi qurumların rəhbər heyətləri iştirak edir.
 
Təlimlərə Azərbaycan Ordusunun son illərdə sahib olduğu ən müasir hərbi texnika və silah sistemləri cəlb olunub.