Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

İyulun 4-də Qazaxıstanın paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov iclasda iştirak edəcək.