Azərbaycanda misli görünməmiş olay - Foto

2 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Maide.az-ın Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2; 234.4.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Nahid Mirmehdi oğlu Ağayevin yanına qısamüddətli görüşə gəlmiş yeznəsi Mübariz Vaqif oğlu Qasımovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman, 2 (iki) ədəd quru balığın içərisində gizlədilmiş, 7 (yeddi) ədəd sellofana bükülmüş xalis çəkisi 13.171 qram olan narkotik vasitə “Heroin” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

5749_797346929.jpg
 
5750_236464957.jpg
 
 
5751_199004830.jpg
 
 
5752_715125598.jpg