Azərbaycanda Türkiyəyə doğru 3 ton heroin yükü

Gürcüstan daxili işlər nazirliyi Azərbaycandan gələrək Türkiyəyə doğru istiqamət götürmüş yük maşınında 2,79 ton maye heroin aşkarlayıb. 
 
Əməliyyat zamanı iki Gürcüstan vətəndaşı həbs edilib. 
 
Bu, Gürcüstan ərazisində tutulmuş ən iri narkotika partiyasıdır. 
 
Yük maşınından 93 ədəd 30 litrlik heroin çəlləyi düşürülüb. 
 
Əldə edilən məhsulun 80%-i təmiz heroindir. 
 
Malın bazar qiyməti yüz milyon dollarlarla ölçülür.