Azərbaycanda biri 8 yaşlı uşaq olmaqla, üç nəfər dənizdə boğulub

Ötən gün ölkə ərazisində 3 nəfər suda boğulub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 8 yaşlı Emin Axundov Goradil çimərliyində, Suraxanı rayonunda 63 yaşlı Vitali Aleksandroviç Zinovyey, Sumqayıt şəhərində isə 23 yaşlı Gülər Salmanova dənizdə çimərkən boğulub.