Azərbaycan yığma komandasında yeni məşqçi təyinatı olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasında yeni məşqçi təyinatı olub.
 
Maide.Az bildirir ki, AFFA-dan Trend-ə verilən məlumata görə, Borçe Xristov U-21-də köməkçi-məşqçi vəzifəsini yerinə yetirəcək.
 
Borçe Xristov daha öncə “Bakı” və “Qarabağ” klublarında baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.