Azərbaycan, Türkiyə və Gürcüstan hərbi əməkdaşlığı inkişaf etdirir

 Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia Azərbaycana gələcək. 
 
Maide.Az bildirir ki, bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, onlar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşəcəklər. Üçtərəfli görüş noyabrın 21-də Bakıda keçiriləcək. 
 
Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.