Azərbaycanda 3-cü devalvasiya GÖZLƏNTİSİ:'Manat bəlkə də yeganə valyutadır ki...' 

Yeniçağ.az ”da yer alan “Manat yeganə valyutadır ki...“ - Azərbaycanda 3-cü devalvasiya gözləntisi” sərlövhəli məqalədə manatın məzənnəsi ətrafında ehtimallar gndəmin müzakirəsinə daşınır.

 
İqtisadçı Fuad İbrahimova görə, koronavirus pandemiyasının yaratdığı qlobal iqtisadi böhranda neftə tələbatın azalması əksər ölkələrin milli valyutasına təsir edib: “Əgər yaxın bir ay ərzində neft bahalaşmasa, manatın məzənnəsini indiki nisbətdə saxlamaq düzgün qərar olmayacaq”, - F.İbrahimov belə düşünür.
 
Onun fikrincə, son günər dünya bazarında neftin qiymətində müşahidə olunan ucuzlaşma neqativ ehtimalların irəli sürülməsinə yol açıb.
 
Onun deməsinə görə, neftin qiymətinin aşağı düşməsi şəraitində Azərbaycanda üçüncü devalvasiyanın baş verməsi çox realdır: “Dünya bazarında neftin kəskin ucuzlaşması məzənnəyə dərhal təsir göstərməsə də ümumilikdə bütün məzənnələrdə dalğalanma prosesi getdikcə daha qabarıq müşahidə olunmağa başlayıb. Əgər yaxın bir ay ərzində neft bahalaşmasa, manatın məzənnəsini indiki nisbətdə saxlamaq düzgün qərar olmayacaq. Çünki bu, ölkənin valyuta ehtiyatlarına çox mənfi təsir göstərəcək və nəticədə heç nə qazanmayacağıq”.