Azərbaycan Paralimpiadada 13-cü medalını qazandı

Azərbaycan Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb.
 
Maide.Az bildirir ki, millimizin paraatleti Səid Nəcəfzadə mükafatçılar sırasında yer alıb.
 
O, uzunluğa tullanma yarışlarında 7,03 m nəticə göstərərək bürünc medal qazanıb.
 
Bununla da Azərbaycan millisinin aktivindəki mükafatların sayı 13-ə çatıb. Paralimpiyaçılarımız 9 qızıl və 4 bürünc medal əldə ediblər.