Bəhreyndə İsrail və Ali Xəlifə rejimi əleyhinə yürüş keçirildi

Bəhreyn xalqı İsrail rejimi ilə münasibətləri adiləşdirən hökumət əleyhinə aksiya keçiriblər.   

Bu barədə yerli mənbələr məlumat yayıblar.   

Məlumatda vurğulanır ki, diplomatik münasibətləri adiləşdirən razılaşmanın imzalanmasının ildönümünə etiraz münasibətilə baş tutan yürüşlərə yüzlərlə insan qatılıb.   

Nümayişçilər hökumətin müsəlmanlara və Fələstin xalqına zərbə vurduğunu xatırladaraq şüarlar səsləndiriblər. /eastnews.org/