Bağdadda İmam Hüseyn zəvvarlarının hərəkət etdiyi yolda iki bomba partladılıb

Bağdadda İmam Hüseyn (ə)  zəvvarlarının hərəkət etdiyi yolda bomba partlaması nəticəsində ən azı 9 nəfər ölüb, 21 yaralı var.
 
Maide.az xəbər verir ki, terror aktı Bağdadın şimalında əş-Şə`b rayonunda İmam Hüseyn (ə)  zəvvarlarının hərəkət etdiyi istiqamətdəkı bir nəzarət-buraxılış postunda baş verib.
 
İraq polisinin məlumatına görə, ölənlər arasında 4 əsgər var.
 
Bu, cari ildə Hz. İmam Hüseyn (ə)  zəvvarlarının karvanının yolunda törədilən ilk belə partlayışdır- hər il milyonlarla Hz. İmam Hüseyn (ə)  ziyarətçisi Ərbəin mərasimində iştirak etmək üçün piyada müqəddəs Kərbəla şəhərinə gedirlər.
 
Habelə, İraq Daxili İşlər Nazirliyi dünən, 30 noyabrda Bağdad şəhərinin qərbində partlayış törədildiyi haqda xəbər yayıb.
 
Terror aktı iki nəfərin həyatına son qoyub, daha 7 nəfər isə yaralanıb./