Bakıda qəzaya uğrayan təyyarənin görüntüləri yayıldı - Video

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakıda iki nəfərlik kiçik təyyarə qəzaya uğrayıb. Hadisə Zabrat və Maştağa qəsəbələri arasındakı ərazidə baş verib. Belə ki, kursantların təlim-məşqi zamanı birmotorlu "Cessna" markalı ikinəfərlik təyyarə qəzaya uğrayıb. Təlim təyyarəsində bir təlimatçı pilot və bir təcrübəçi pilot olub. Heyət təlimata uyğun olaraq boş torpaq sahəsi seçib və təyyarəni endirib.

Hadisə yerindən olan fotoları və videonu təqdim edir: