Banqladeşdə Quranın təhqir olunmasına qarşı etiraz aksiyaları keçirilib, ölənlər var

Banqladeşdə Qurani Kərimə hörmətsizlik edilməsi iddiasıyla başlayan aksiyalarda ölənlər və yaralananlar var.  
 
Maide.Az “dunyabulteni”ə istinadla xəbrə verir ki, paytaxt Dəkkə şəhərinin cənub-şərqində yerləşən Comilla bölgəsindəki hindu məbədində Qurani Kərimin təhqir olunduğu iddia edilib. 
 
Bundan sonra baş verən aksiyalarda qarşıdurmalar olub və 3 nəfər ölüb.  Polis və təhlükəsizlik qüvvələri aksiya iştirakçılarını dağıtmaq üçün  gözyaşardıcı qazdan istifadə edib.  Ölənlərdən biri akiya yerində, ikisi isə  xəstəxanada həyatını itirib. 
 
Məlumatda hadisələr zamanı 10 nümayişçinin xəsarət aldığı bildirilir.