Bizim müsibətimizə göz yaşı axıdanların məqamı

Əhli-beyt (ə) şairi və İmam Rzanın (ə) səhabəsi Dibil Xüzai belə nəql edir:

 

دَخَلتُ عَلى سَيِّدي ومَولايَ عَلِيِّ بنِ موسَى الرِّضا (ع) في مِثلِ هذِهِ الأَيّامِ، فَرَأَيتُهُ جالِسًا جِلسَةَ الحَزينِ الكَئيبِ وأصحابُهُ مِن حَولِهِ، فَلَمّا رَآني مُقبِلاً قالَ لي: مَرحَبًا بِكَ يا دِعبِلُ، مَرحَبًا بِناصِرِنا بِيَدِهِ ولِسانِهِ. ثُمَّ إنَّهُ وَسَّعَ لي في مَجلِسِهِ وأجلَسَني إلى جانِبِهِ، ثُمَّ قالَ لي: يا دِعبِلُ، اُحِبُّ أن تُنشِدَني شِعرًا؛ فَإِنَّ هذِهِ الأَيّامَ أيّامُ حُزنٍ كانَت عَلَينا أهلَ البَيتِ، وأيّامُ سُرورٍ كانَت عَلى أعدائِنا خُصوصًا بَني اُمَيَّةَ. يا دِعبِلُ، مَن بَكى وأبكى عَلى مُصابِنا ولَو واحِدًا كانَ أجرُهُ عَلَى اللّهِ. يا دِعبِلُ، مَن ذَرَفَت عَيناهُ عَلى مُصابِنا وبَكى لِما أصابَنا مِن أعدائِنا حَشَرَهُ اللّهُ مَعَنا في زُمرَتِنا. يا دِعبِلُ، مَن بَكى عَلى مُصابِ جَدِّيَ الحُسَينِ غَفَرَ اللّهُ لَهُ ذُنوبَهُ البَتَّةَ.

 

“Günlərin birində sərvər və rəhbərim Rzanın (ə) hüzuruna getmişdim. Gördüm ki, Həzrət qəmə batmış bir şəxs kimi əyləşmiş və səhabələri də ətrafına yığışmışdır. İmam məni görcək buyurdu: “Ey Dibil, xoş gəlmisən! Ey əli və dili ilə bizə yardım edən, xoş gəlmisən!”

Sonra Həzrət mənə öz yanında yer ayırıb əyləşdirdi və buyurdu: “Ey Dibil, istəyirəm bir şeir deyəsən. Çünki bu günlər biz Əhli-beytin qəm-qüssə doğurduğu, düşmənlərimizin isə, xüsusilə, Üməyyə sülaləsinin sevincinə təsadüf edir. Ey Dibil, bizim müsibətimizə ağlayıb, hətta bir nəfəri belə, ağladanın savabı Allahladır! Ey Dibil, bizim müsibətimizə göz yaşı axıdıb, düşmənlərimizin bizə vurduğu müsibətə ağlayanı Allah bizim zümrəmizlə bir məhşur edər! Ey Dibil, babam Hüseynin müsibətinə ağlayanın, əlbəttə, Allah günahlarını bağışlayar.” (“Biharul-ənvar”, c.45, səh.257, hədis 15.)

Maide.az – Maarif bölümü