Bolqarıstan tarixində ilk dəfə ölkə müsəlmanları üçün rəsmi iftar süfrəsi

Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevdən görünməmiş addım. Ölkəsinin tarixində ilk dəfə olaraq Prezident Plevneliyev ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib.  
Maide.az-ın  World Bulletin xəbər saytına istinadən məlumatına görə,  iftar süfrəsi Bolqarıstan paytaxtı Sofiyada president aparatında təşkil olunub.  
Qeyd edək ki, ilk dəfə dövlət səviyyəsində təşkil olunan bu mərasim 1989-cu ildə Kommunist rejimi dağıldıqdan sonra Bolqarıstanda yaşayan bir milyon yarım müsəlmanlara qarşı münasibətin dəyişildiyini göstərir.
Prezideent Rosen Plevneliyev iftar mərasimində çıxış edib və müsəlmanlara son vaxtlar ölkdə baş vermiş sel zamanı kilisa ilə əməkdaşlıq etdiyi üçün öz təşəkkürünü bildirib.
Bolqarıstanın müftisi Elis Hacı da çıxış edərək bildirib ki, bu mərasim Bolqarıstan cəmiyyətində dini tolerantlığın bariz nümunəsidir. Bizim əcdadlarımız din və dilindən asılı olmayaraq birgə yaşayıblar və bu birlik indiyədək davam edib.
Hacı həmçinin Sofiyada yeni məscidlərin tikilməsinin zəruriliyindən danışıb və deyib ki, Sofiyada olan yeganə məscid müsəlmanların tələbatına cavab vermir.