Bu ay 18 nəfər dəm qazından zəhərlənib

Bu aydan Azərbaycanda tibb müəssisələrinə dəm qazından zəhərlənmə ilə əlaqədar müraciətlər daxil olmağa başlayıb.
 
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, oktyabr ayı ərzində dəm qazı zəhərlənməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzə 18 nəfər müraciət edib: “Onlardan 11 nəfəri xəstəxanaya qəbul olunub, 7 nəfəri məsləhətdən sonra evə buraxılıb. Dəm qazı ilə bağlı müraciət edənlərin 2-si uşaqdır. Ağır xəstə və ölüm halı qeydə alınmayıb".
 
A. Maqsudov qeyd edib ki, bu günə kimi göbələkdən zəhərlənmə ilə bağlı 7 nəfər xəstəxanaya müraciət edib, onlardan 5-i qəbul olunub. Bu şəxslərin hamısı müayinə olunaraq evə buraxılıb. Sirkə turşusundan zəhərlənmə ilə bağlı xəstəxanaya yerləşdirilən 2 nəfər də müayinə olunaraq ev yazılıb. /