Bu gün Nicat Əliyev və dindarların məhkəməsi keçiriləcək

Azadxeber.net saytının baş redaktoru Nicat Əliyev və dindarların məhkəməsi olacaq. Bu gün (27 iyun) saat 10:30-da Bakı Apellyasiya Məhkəməsində Azadxeber.net saytının baş redaktoru Nicat Əliyevin və onunla birlikdə həbs olunan dindarların apellyasiya şikayətinə baxılacaq.

Onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin barələrində çıxarılan hökmdən apellyasiya şikayəti veriblər.

Qeyd edək ki, Azadxeber.net saytının baş redaktoru Nicat Əliyev 10 il, Nəsirov Elvin və Ceyhun Səfərli 9 il, Valeh Abdullayev 8 il, Camalov Qorxmaz və Hüseynov Elimxan 7 il, Hüseynov Samir 6 il, Əliyev Əli 4 il, Tofiqli Emin və Məmmədov Səfər isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.