Bu gün İraqda erkən parlament seçkiləri keçirilir

Bu gün İraqda Nümayəndələr Şurasına (parlament) erkən seçkilər keçirilir.
 
Maide.Az  TASS-a istinadən xəbər verir ki, 329 deputat mandatı üçün 3,2 mindən çox namizəd mübarizə aparacaq.
 
Seçkidə 83 seçki dairəsində 109 partiya və 21 siyasi koalisiya iştirak edir. Namizədlərdən 951-i qadındır. 789 nəfər isə müstəqil namizəd kimi qeydiyyatdan keçib.
 
Qeyd edək ki, 40 milyon əhalisi olan İraqda, təxminən 26,9 milyon insanın səsvermə hüququ var.