Bu gün xalqlar Amerikanı ən mənfur dövlət kimi tanıyır

İmperializm sözü başqa xalqların işinə müdaxilə etməkdə, istədiyini onlara zorla qəbul etdirməkdə özünü haqlı hesab edən və kiminsə qarşısında hesabat verməyi də özünə borc bilməyən insanlara və dövlətlərə şamil olunur. İmperializmin əksi isə qarşısındakı imperialist qüvvənin hegemonluğuna, müdaxiləçiliyinə və məcburiyyətinə boyun əyməyən, ona qarşı mübarizə aparan insanlar və xalqlardır. İran xalqı da belə xalqlardandır. Amerika bütün xalqların işinə müdaxilə etməkdə özünü haqlı bilən imperialist bir dövlətdir.  İran xalqı öz inqilabı ilə, əslində, Amerikanın işğalçılığına və hegemonluğuna qarşı çıxdı, İslam İnqilabının qələbəsindən sonra isə ölkədə imperializmin kökü tamamilə kəsildi. Bir çox xalqlardan fərqli olaraq, İran xalqı bu işi yarımçıq qoymadı ki, sonradan onun acısını dadmış olsun.  İmperialist bir dövlətlə dil tapıb yola getmək heç bir ölkəyə və xalqa fayda verməyəcək. Amerikanın imperialist yanaşması xalqlarda bu dövlətə qarşı etimadsızlıq və narazılıq hissinin yaranmasına səbəb olub. Eyni zamanda təcrübə də göstərir ki, Amerikaya etimad bəsləyən istənilən dövlət və xalq, hətta onun dostlarından belə olsa, zərbə alacaqdır. Bu gün xalqlar Amerikanı ən mənfur dövlət kimi tanıyır. Bu gün Yer üzündə sağlam və ədalətli bir rəy sorğusu keçirilsə, dünya ictimaiyyəti heç bir dövlətə Amerika qədər mənfi rəy verməz. 
Ali Lider Ayətullah Xamenei /