`Bu ölüm-dirim məsələsidir`

“Son illər 1 milyondan çox insan qaçqın düşüb. Bu problem ATƏT regionun bütün ərazilərində çox böyük problemdir. Qaçqınlarla bağlı ümumi siyasət məsələsi təqdim edilməlidir".

ATƏT PA-ının Bakıda keçirilən 23-cü illik sessiyasında bu gün də öz işini davam etdirir.

ANS-in məlumatına görə, təşkilatın Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İzabel Santos tərəfindən təklif olunan ATƏT regionunda qaçqınların vəziyyəti ilə bağlı qətnamə layihəsi müzakirə edilib.

"Bu ölüm-dirim məsələsidir. Burada insanların ləyaqətinin alçaldılmasından söhbət gedir. Biz bir yerdə bu çətinliklərin öhtəsindən gələ bilərik. Mən bu qətnamənin qəbul olacağına inanıram”.

Fransalı nümayəndə isə qaçqınların vəziyyətinin müharibə ocaqları olan ölkələrdə daha ağır olduğunu söyləyib: “Müharibə olan ölkələrdə çox ciddi problemlər var. Qaçqınların cəmiyyətə inteqrasiya məsələsinə də diqqət yetirməliyik. Fransa da bu məqsədlə büdcədən pul ayırıb”.

Britaniyalı təmsilçi Lord Dhas da bu qətnaməni dəstəklədiyini söyləyib. O, bildirib ki, bu məsələdə BMT-nin qaçqınlar üzrə baş komissarının köməyindən istifadə edilməlidir. "Siyasi sığınacaq istəyən qaçqınlarla bağlı problemlər var. Yoxsul yaşayan qaçqınların vəziyyəti yaxşılaşdırılmalıdır”.

Bahar Muradova da qətnaməyə münasibət bildirib və qaçqınlar məsələsinin çox ağırılı məsələ olduğunu vurğulayıb.

“Dünyadakı 51 milyon qaçqının bir milyonu Azəbaycanın payına düşür. Onlar həyatlarını itirdilər, ləyaqətləri alçaldı, öz ölkələrində qaçqına çevrildilər. Onların ölkəmizdə məskunlaşdırılması ilə bağlı yaxşı təcrübəmiz var. Arzu edərdik ki, bu təcrübədən istifadə olunmasın. Qaçqınlara qarşı münasibətdə diskriminasiya hallarına yol verilməsin, yanaşmada eyni mövqe sərgiləsin".

B.Muradova Azərbaycandakı qaçqınların problemlərinin həllinin çətin olduğunu, bu problemlərin 30 faizinin həll edilmədiyini deyib. "Biz əvvəlcə konfiliklərin qarşısını almalıyıq. Biz bu qətnaməni dəstəkləyirik”.

Daha sonra isveçrəli nümayəndə Emanuella Nordan işğəncələrin ləğv olunması ilə bağlı qətnamə təklif edib: “Biz hamımız işgəncələrə qaşı yekdil olmalıyıq”.