Cahangir Hacıyevə hökm oxundu - 16 il 6 ay

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
 
Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla 16 il 6 ay, Dünyamin XəIilov əvvəlki cəzası toplanmaqla 14 il 6 ay, İsmayıl Hidayət-zadə isə əvvəlki cəzası toplanmaqla 5 il 6 ay azadlıqdan məhrum edilib.
 
Hökmə görə, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimova isə şərti cəza verilib.