CAHANŞÜMUL İNQİLABA DOĞRU-2

İNQİLAB, YOXSA TƏDRİCİ İSLAHAT?

Qeyd etməliyik ki, insan övladı fitri ilhama əsasən, gələcəyi qara buludlarsız, aydın görür. Burada belə bir sual yaranır ki, aydın gələcək tədrici islahatın, yoxsa böyük inqilabın sayəsində baş verəcək?

Ümumiyyətlə, alimlər arasında ictimai islahatın hansı yollarla həlli barədə yekdil nəzər yoxdur. Bəziləri reformasiyanı tədrici islahatda, bəziləri də inqilabda görür. Çünki inqilabsız bəşəriyyətə hakim durumun əsaslı dəyişilməsi qeyri-mümkündür.

İzah: Belə nəzərə çarpır ki, bu proses cəmiyyətdə mövcud olan fitnə-fəsadın dərəcəsindən asılıdır. Haqsızlıq və fitnə-fəsad ictimai forma almayınca tədrici islahat proqramlarına önəm verilir, hər yeri və yaxud əksəriyyəti bürüdükdə isə, inqilabi hərəkatsız onun aradan qaldırılması mümkünsüz olur. Bu eynilə bir binanın tədrici təmiri və ya sökülməsinə bənzəyir. Məlumdur ki, içindən çürüyən hər bir şey yenisilə əvəz deyilir.

Aşağıdakı şahidlər bu nəzərə üstünlük verir:

1. Tədrici islahatlar davamsız dayaqlar üzərində təmir edilən binanı xatırlayır. Başqa sözlə, reformasiyada keçmiş struktur dəyişilmir və qüvvəsində qalır. Yararsızı isə yerində saxlamaq əbəs işdir.

2. Tədrici islahatlar, adətən, əmin-amanlıq şəraitində və qanun çərçivəsində həyata keçir. Bu isə cəmiyyətin fikri-ideoloji hazırlığı olduğu zaman faydalıdır. Lakin elə hazırlıq yaranmadıqda, güc və zor tətbiqi zərurəti meydana çıxır. Əlbəttə, “inqilabi dəyişikliklər”də də proqram və plan rol oynasa da, son zərbəni inqilabçı qüvvələr endirir.

Fitnə-fəsad içində çapalayan cəmiyyətdə dinc islahatlar zaman keçdikcə azğın qüvvələrə fürsət verir və islahatçılara qarşı çıxıb, onların planlarını dəf edən vasitələrə əl ataraq öz işlərini davam etdirə bilirlər. Belə zərərli mikroblar yalnız güclü dərmanlar vasitəsilə aradan qaldırıla bilər!

3. Fəsad və qanunsuzluq hökm sürən cəmiyyətdə islahat proqramlarına qarşı çıxan ilk qüvvələr elə dövlət orqanlarının daxilindən olur və hər bir işi ləngidə və ya onun qarşısını ala bilirlər. Onları yalnız mütəşəkkil formaya çevrilmədikləri zaman inqilabla devirmək mümkündür!

4. İslahatçı və inqilaba qalxan qüvvələri uzun müddət hazır vəziyyətdə saxlamaq olmur. Onların fəaliyyətsiz saxladıqda iradələri süstləşir, fəallıqlarını itirir və nəhayət, təsir altına düşürlər.

5. Tarix göstərir ki, böyük dəyişikliklər tədrici islahatlarla deyil, yalnız inqilablarla mümkün olub. Peyğəmbərlər və böyük mübariz insanlar belə hallarda yalnız inqilabi hərəkata önəm vermişlər. Nuh, İbrahim, Musa, İsa, məxsusən, İslam Peyğəmbəri (Allahın salamı olsun onlara) inqilabsız tarixin çöhrəsini dəyişə bilməzdilər.

Dünyanın bütövlükdə islahı, zülm, haqsızlıq və ayrı-seçkilik üzərində qurulan mövcud durumun ədalətli hakimiyyətlə əvəz edilməsi isə zəruri və hamının arzusudur. Burada tədrici islahat yox, böyük bir inqilabi hərəkat lazımdır; mədəni, ideoloji, əxlaqi, iqtisadi, siyasi və hüquqi sahələri əhatə edən qlobal bir inqilab!

İlahi! Yer üzündən fitnə-fəsadı, zülm və haqsızlığı tezliklə imam Mehdinin (ə.c) inqilabı ilə aradan qaldır! Amin! (“Hokuməte cahaniye həzrət Mehdi (ə.c)”, Ayətullah əl-üzma Məkarim Şirazi, səh.13-15.)

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)